Almaniyalı milyarder Teo Müller “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydelin Almaniyanın yeni kansleri ola biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Bild” qəzetinə müsahibəsində deyib.
O, partiyanın Saksoniya-Anhalt əyalətində seçkilərdəki qələbəsini ölkə üçün uğur kimi qiymətləndirib.
Müllerin sözlərinə görə, Almaniya vətəndaşlarına əvvəlki siyasi kursun davam edə bilməyəcəyi aydın şəkildə göstərilib. Milyarder həmçinin Xristian Sosial İttifaqı (CSU) və Xristian Demokrat İttifaqının (CDU) eyni siyasəti davam etdirməməli olduğunu bildirib və səsvermənin nəticələrinin CDU/CSU-dan ibarət mühafizəkar bloku silkələyəcəyinə ümid etdiyini deyib.
Sahibkar AfD-nin proqramında yer alan remiqrasiya konsepsiyasını da dəstəklədiyini bildirib.
O, Almaniya kansleri Fridrix Mertsin bu ideyanı tənqid etməsi ilə qətiyyən razılaşmadığını vurğulayıb.
Bizim.Media