Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur.
Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib.
Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək.
“Oranın əzəli sakinləri torpaqlarına qayıdaraq burada yaşayacaq və çalışacaqlar”, - deyə xüsusi nümayəndə bildirib.
Bizim.Media