Yaponiyanın Kioto şəhərində keçirilən yerli atletika çempionatı zamanı azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlərin hamısının yarışın təşkilində iştirak edən şəxslər və texniki heyətin üzvləri olduğu bildirilir.
İlkin məlumata görə, onların nahar qutularında təqdim olunan yeməklərdən zəhərləndikləri ehtimal olunur.
Hadisənin idmançılar və tamaşaçılar arasında kütləvi zəhərlənməyə səbəb olmadığı vurğulanıb.
Bizim.Media