Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olundu - FOTO

Səudiyyə Ərəbistanı Krallığının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov və komitənin İdman idarəsinin müdiri Həsənağa Rzayev təmsil ediblər.

Baş Assambleyanın açılış mərasimində ISSA-nın prezidenti Əbdüləziz bin Türki əl-Feysəl əl-Səud və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri çıxış edərək iştirakçıları salamlayıblar.

Tədbirin gündəliyinə əsasən, Baş Assambleya çərçivəsində bir sıra vacib məsələlər müzakirə olunub. Müzakirələr sırasında "Ər-Riyad-2025" VI İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, "Malayziya-2029" VII İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi, təşkilatın Nizamnaməsinə təklif edilən dəyişikliklər və 2025-ci il üzrə audit hesabatının təsdiqi yer alıb.

Assambleyada ISSA-nın 2026–2029-cu illər üzrə İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Seçki prosesi çərçivəsində Seçki Komissiyasının hesabatı dinlənilib, təsdiqlənmiş namizədlərin siyahısı elan olunub və 2026–2029-cu illər üçün İcraiyyə Komitəsinin yeni heyəti ilk iclasını keçirib.

Tədbirdə səlahiyyət müddəti başa çatan İcraiyyə Komitəsi üzvləri təltif ediliblər. Təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, ISSA-nın vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayevə təqdim olunub.

Assambleyada, həmçinin 2026–2029-cu illər üçün Atletlər Komissiyasının yeni heyəti və 2027-ci ildə keçiriləcək 16-cı Baş Assambleyanın keçiriləcəyi məkan və tarix müəyyən olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

İran Hörmüz boğazı ilə bağlı razılaşdı - Tezliklə elan olunacaq

İran Hörmüz boğazı ilə bağlı razılaşdı - Tezliklə elan olunacaq

Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO

Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO

Paşinyan Göyçə gölündə çimdi - VİDEO

Paşinyan Göyçə gölündə çimdi - VİDEO

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 ŞƏRT QOYDU

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 ŞƏRT QOYDU

Qusarda 22 yaşlı gənc silahla vurularaq zərərsizləşdirildi - DİN

Qusarda 22 yaşlı gənc silahla vurularaq zərərsizləşdirildi - DİN

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olundu - FOTO

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olundu - FOTO

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə

Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təzyiqdən danışdı

Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təzyiqdən danışdı

Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu – VİDEO

Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu – VİDEO

Azərbaycan balı dünya bazarına çıxarılır – Nazir açıqladı

Azərbaycan balı dünya bazarına çıxarılır – Nazir açıqladı

"Kəpəz" Gəncədə "Qəbələ"yə qalib gəldi

"Kəpəz" Gəncədə "Qəbələ"yə qalib gəldi

Kəlbəcərin bu kəndinə köç başlanacaq – RƏSMİ

Kəlbəcərin bu kəndinə köç başlanacaq – RƏSMİ

Qubada avtomobillər toqquşdu: Xəsarət alanlar var – FOTO/VİDEO

Qubada avtomobillər toqquşdu: Xəsarət alanlar var – FOTO/VİDEO

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri BAŞA ÇATDI - FOTO

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri BAŞA ÇATDI - FOTO

Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

İnfantino FİFA prezidentliyinə namizədliyi ilə bağlı QƏRARINI açıqladı

İnfantino FİFA prezidentliyinə namizədliyi ilə bağlı QƏRARINI açıqladı

Yeni Günəşlidə ilan göründü – VİDEO

Yeni Günəşlidə ilan göründü – VİDEO

Müəllimlərlə bağlı bu məlumatlar şəxsi kabinetlərinə GÖNDƏRİLDİ

Müəllimlərlə bağlı bu məlumatlar şəxsi kabinetlərinə GÖNDƏRİLDİ

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

End of content

No more pages to load

RADİO