Rusiya Prezidenti Vladimir Putin regionda gərginliyin davam etməsinə baxmayaraq, Yaxın Şərqdə vəziyyətin yaxın vaxtlarda sabitləşəcəyini bildirib.
Bizim.Media “Kommersant”a istinadla xəbər verir ki, Putin bunu Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə deyib.
“Əlbəttə, region hazırda inkişafının çox mürəkkəb dövrünü yaşayır. Əminəm ki, bu günün bütün çətinliklərinə baxmayaraq, vəziyyət sabitləşəcək”, – Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün Yaxın Şərqdə ən yaxın ölkələrdən birinə çevrilib.
Qeyd edək ki, Putinlə Əbu-Dabi vəliəhdinin görüşü sentyabrın 12–13-də Yeni Dehlidə keçirilən BRICS sammiti çərçivəsində baş tutub.
Bizim.Media