“Novaya Gazeta” Rusiyada “xarici agent” elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında dərc olunub.
Məlumatda bildirilib ki, internet-nəşr Rusiya Federasiyasında “xarici agent”lərin siyahısına salınıb.
Bundan başqa, “xarici agent”lərin siyahısına “İstoriçeskaya ekspertiza” jurnalı, amerikalı tədqiqatçı Tatyana Tatarinova, yazıçı Feliks Sandalov və publisist Sergey Leybqrad daxil edilib.
Bizim.Media