ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında məlumat verib.
"Bu gün artıq dəqiq müəyyən olunub ki, ABŞ nümayəndələri yaxın günlərdə Ukrayna və Rusiyada olacaqlar. Bu gün Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklərini müzakirə etdik", - deyə o, videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ABŞ ilə işləyən geniş diplomatik heyətlə iclas keçirib.
Bizim.Media