Bu icra başçısı DTX generalıdır - Maraqlı faktlar

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun fəaliyyəti yalnız rəsmi qəbullar və tədbirlərlə məhdudlaşmır. Rayon rəhbərinin müxtəlif yaş və sosial qruplardan olan insanlarla görüşləri, kəndlərə səfərləri və sakinlərlə birbaşa ünsiyyəti diqqət çəkir. Bəzən bu görüşlər rəsmi kabinetlərdə deyil, çayxanalarda və kənd sakinlərinin arasında keçirilir. Onun vətəndaşlarla nərd oynaması, yaşlılarla söhbət etməsi, uşaqlar, qazilər və şəhid ailələri ilə görüşləri fəaliyyətinin fərqli tərəflərini göstərir.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, Araz Əhmədov haqqında diqqət çəkən məqamlardan biri onun general-mayor rütbəsi daşımasıdır.

O, 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, indiki Bakı Slavyan Universitetini bitirib.
 

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayoru ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov, həmçinin Qarabağ müharibəsi veteranıdır.


O, 2022-ci il iyulun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rayon rəhbərinin fəaliyyətində sakinlərlə birbaşa ünsiyyət xüsusi yer tutur. O, müxtəlif kəndlərdə keçirilən görüşlər zamanı vətəndaşların problemlərini dinləyir, müraciətləri ilə maraqlanır. Görüşlərdə sosial məsələlərlə yanaşı, kəndlərin gündəlik həyatı, sakinlərin qayğıları və təklifləri də müzakirə olunur.
 

Araz Əhmədovun görüş dairəsi də kifayət qədər genişdir. O, uşaqlarla görüşlərdən tutmuş yaşlı sakinlərlə söhbətlərə, qazilər və hərbçilərlə görüşlərdən şəhid ailələrinin ziyarətinə qədər müxtəlif tədbirlərdə iştirak edir.


İcra başçısının ötən gün balaca Kərimlə görüşü də diqqət çəkib. Masallının Ninəlov kəndinin azyaşlı sakini rayon rəhbəri ilə görüşmək arzusunda olduğunu bildirib. Bu arzu gerçəkləşib və Araz Əhmədov balaca Kərimlə görüşüb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə bu cür birbaşa ünsiyyəti onun fəaliyyətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 milyon manatlıq evi Röya alıb?

80 milyon manatlıq evi Röya alıb?

Bu bürcləri yeniliklər və fürsətlər gözləyir

Bu bürcləri yeniliklər və fürsətlər gözləyir

Nepalda təbii fəlakətlər davam edir - VİDEO

Nepalda təbii fəlakətlər davam edir - VİDEO

"20 Sentyabr" stansiyası belə olacaq — VİDEO

"20 Sentyabr" stansiyası belə olacaq — VİDEO

Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır – VİDEO

Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır – VİDEO

Tramp İranla müharibəni hərbi MÜNAQİŞƏ adlandırdı

Tramp İranla müharibəni hərbi MÜNAQİŞƏ adlandırdı

Bu icra başçısı DTX generalıdır - Maraqlı faktlar

Bu icra başçısı DTX generalıdır - Maraqlı faktlar

Şahbuzda ağır qəza: Ölən və yaralananlar var

Şahbuzda ağır qəza: Ölən və yaralananlar var

Tramp: “ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər”

Tramp: “ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər”

Hindistanda sərnişin təyyarəsi dirəyə çırpıldı - VİDEO

Hindistanda sərnişin təyyarəsi dirəyə çırpıldı - VİDEO

Bu gün Lənkəran, Şirvan və Yevlaxda satılan 535 mənzillə bağlı MƏLUMAT

Bu gün Lənkəran, Şirvan və Yevlaxda satılan 535 mənzillə bağlı MƏLUMAT

İran: "Ziyanı ödəyin və Yaxın Şərqi tərk edin"

İran: "Ziyanı ödəyin və Yaxın Şərqi tərk edin"

Finlandiya ordusunu gücləndirir: Müdafiəyə 7 milyard avro ayırır

Finlandiya ordusunu gücləndirir: Müdafiəyə 7 milyard avro ayırır

Ağ Evin saytında miqrantları deportasiya edən oyun istifadəyə verildi

Ağ Evin saytında miqrantları deportasiya edən oyun istifadəyə verildi

Güləşçimiz Dünya Köçəri Oyunlarında gümüş medal qazandı

Güləşçimiz Dünya Köçəri Oyunlarında gümüş medal qazandı

Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA

Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA

"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi

"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi

Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

End of content

No more pages to load

RADİO