Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni islahat sentyabrın 1-dən qüvvəyə minib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanan dəyişikliklər 72 mindən çox tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.

Bu qərar fonunda tibb işçilərindən sonra hansı peşə sahələrində əməkhaqlarının artırılması gündəmə gələ bilər.

Müəllimlər, hərbçilər, sosial xidmət əməkdaşları, mədəniyyət və digər sahələrdə çalışanların maaşları ilə bağlı yeni addımlar gözlənilirmi? 

Bizim.Media xəbər verir ki,  mövzu ilə bağlı Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “modern.az”a açıqlama verib.

Deputat ildən-ilə sosial paketin genişləndiyini, əməkhaqlarının artırıldığını, pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin yüksəldiyini bildirib:

“Yüksək bal toplayan həkimlərimiz var. Eyni zamanda, yüksək bal toplayan müəllimlərimiz və digər ixtisas sahələrinin nümayəndələri də var. Hesab edirəm ki, yüksək nəticə göstərən şəxslər üçün əlavə həvəsləndirici mexanizmlər tətbiq olunmalıdır. Əgər biz sertifikasiya və qiymətləndirmə sistemini qəbul etmişiksə, bunu qanunvericilikdə təsbit etmişiksə, onun maliyyə tərəfini də nəzərə almaq lazımdır".

Deputat xüsusilə müəllimlərin əməyinin stimullaşdırılmasının vacib olduğunu, əməkhaqlarının artırılmasından bəhs edərkən hakimlərin maaşlarının artırılmasının tərəfdarı olduğunu söyləyib:

"Düşünürəm ki, digər sahə dövlət qurumlarında çalışan şəxslərin, o cümlədən hakimlərin əməkhaqları ilə bağlı məsələ var. Bu barədə müəyyən müzakirələr və söhbətlər olub. Ona görə də belə bir ehtimalı qeyd etmək olar. Xüsusilə müəllimlərin əməyinin stimullaşdırılması vacibdir. Yüksək nəticə göstərən, peşəkarlığı və göstəriciləri ilə seçilən müəllimlərin əlavə maliyyə mexanizmləri ilə həvəsləndirilməsi həm onların əməyinin qiymətləndirilməsi, həm də təhsilin keyfiyyətinin artırılması baxımından mühüm ola bilər”. 

İqtisadçı Akif Nəsirli növbəti mərhələdə müəllimlərin əməkhaqqlarının artırılması məsələsinə diqqət yetirilməsinin tərəfdarı olduğunu bildirib:

“Məncə, növbəti mərhələdə müəllimlərin əməkhaqlarının artırılması məsələsinə xüsusi diqqət yetirilə bilər. Təhsil sistemi birbaşa ölkənin gələcək insan kapitalını formalaşdırır və müəllimin peşəkarlığı, motivasiyası və işə bağlılığı cəmiyyətin inkişafına uzunmüddətli təsir göstərir.

Xüsusilə yüksək nəticə göstərən, regionlarda çalışan, böyük dərs yükü və əlavə məsuliyyət daşıyan müəllimlərin əməkhaqlarının artırılması daha məqsədəuyğun olardı. Maaş artımı yalnız bütün müəllimlər üçün eyni formada deyil, təcrübə, ixtisas, sertifikasiya nəticələri, dərs yükü və fəaliyyət göstəriciləri nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilə bilər.

Çünki həkim insanın sağlamlığını qoruyursa, müəllim cəmiyyətin gələcəyini formalaşdırır. Müəllimə qoyulan sərmayənin nəticəsi isə təkcə bu gün deyil, uzun illər sonra özünü göstərir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA

Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA

"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi

"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi

Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu – VİDEO

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Röya Ayxan və Kazım Candan “Dosta” sürprizi – VİDEO

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

“Halalbooking” artıq Azərbaycan dilində - FOTO

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

Zaxarovadan Paşinyana:"Siz kişisiniz, yoxsa qadın?"

BMT Krımı Rusiya ərazisi kimi göstərdi - FOTO

BMT Krımı Rusiya ərazisi kimi göstərdi - FOTO

Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata

Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata

Uitkoff və Kuşnerin Kiyevə səfər edəcəkləri TARİX məlum oldu

Uitkoff və Kuşnerin Kiyevə səfər edəcəkləri TARİX məlum oldu

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? – Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? – Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Dövlət qurumunda 1700 işçi çıxıb

Dövlət qurumunda 1700 işçi çıxıb

Qaradağda 37 günə inşa edilən yolun GÖRÜNTÜLƏRİ - VİDEO

Qaradağda 37 günə inşa edilən yolun GÖRÜNTÜLƏRİ - VİDEO

Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU

Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU

Yarış ilə əlaqədar 13 marşrutun hərəkəti DƏYİŞDİRİLİR

Yarış ilə əlaqədar 13 marşrutun hərəkəti DƏYİŞDİRİLİR

Bu xəstəxanaya yeni direktor təyin edildi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Talişka "Əl-Cəzirə" klubuna transfer olundu

Talişka "Əl-Cəzirə" klubuna transfer olundu

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsinin nəticələri AÇIQLANDI

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsinin nəticələri AÇIQLANDI

Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib - FOTO

Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib - FOTO

Corcia Meloni Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Corcia Meloni Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

End of content

No more pages to load

RADİO