Finlandiya 2027-ci ildə müdafiə sahəsinə 7 milyard avro vəsait ayırmağı planlaşdırır ki, bu da ölkə ÜDM-nin (Ümumi Daxili Məhsul) 2,6%-ni təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi saytında yer alan məlumatda bildirilir:
"2027-ci ildə müdafiə xərcləri ÜDM-nin 2,6%-ni təşkil edəcək".
Sənəddə qeyd olunub ki, Müdafiə Nazirliyinin 2027-ci il üçün büdcə layihəsi 7 milyard avro həcmində nəzərdə tutulub ki, bu da 2026-cı ilin büdcəsi ilə müqayisədə 600 milyon avro çoxdur.
Qurumun məlumatına görə, vəsaitlərin təxminən 1,8 milyard avrosunun müdafiə materiallarının satınalınmasına, 1,4 milyard avrosunun çoxməqsədli qırıcı təyyarələrə yönəldilməsi planlaşdırılır, daha 2,7 milyard avro isə nazirliyin əməliyyat xərclərinə sərf olunacaq.
Büdcədən Ukraynaya hərbi yardım üçün təxminən 200 milyon avro vəsait ayrılıb.
Bizim.Media