Hindistanda “iPhone” krediti ilə bağlı mübahisənin üç nəfərin ölümü ilə nəticələnməsindən sonra milyonçu iş adamı gənclərə pulsuz “iPhone” paylayıb.
Bizim.Media xəbər verir ki, Maharaştra ştatının Çhatrapati Sambhacinaqar bölgəsində baş verən faciə ölkədə geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra milyonçu iş adamının gənclərə pulsuz telefon hədiyyə etməsi diqqət çəkib.
Küçədə keçirilən aksiya zamanı telefonlara böyük maraq göstərilib və cihazların saniyələr ərzində tükəndiyi bildirilib.
Qeyd edək ki, Kunal Çandqude aldığı “iPhone”un taksitlərini ödəməkdə çətinlik çəkib və ailəsindən pul istəyib.
Bu məsələ onun atası 48 yaşlı Murlidhar Çandqude ilə mübahisəsinə səbəb olub.
Daha sonra Kunal ailəsi və qonşuları ilə birlikdə Tisqaon ərazisindəki təpəlik sahəyə gedib. Polis əməkdaşlarının təxminən üç saat davam edən razı salma cəhdlərinə baxmayaraq, Kunal, atası Murlidhar və anası Sanqita həyatını itirib. Polis hadisənin təfərrüatını araşdırır.(qafqazinfo.az)
Bizim.Media