Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil:

"Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır".

Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir:

"Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.

Çünki məhkəmə mübahisəsi zamanı "pul vermişəm", "pul qaytarılıb", "faiz ödənilib" kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür".

Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır:

"Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər".

Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər:

"Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.

Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər".

Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər:

"Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.

Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər".

Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər:

"Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.

Əks halda bu gün "asan qazanc" kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Ter-Petrosyanın arvadının mağazalarında AXTARIŞ APARILIR

Ter-Petrosyanın arvadının mağazalarında AXTARIŞ APARILIR

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO