Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Smartfonlarda illər əvvəl geniş istifadə olunan çıxarıla bilən batareyalar yenidən gündəmə gəlir. Avropa İttifaqının yeni tələblərinə əsasən, 2027-ci ilin fevralından etibarən mobil telefonların batareyalarının istifadəçi tərəfindən daha asan dəyişdirilməsi mümkün olmalıdır. Bu isə gələcəkdə telefonlarda əvvəlki kimi çıxarıla bilən və dəyişdirilə bilən batareyaların istifadəsinə yol aça bilər.

Çıxarıla bilən və dəyişdirilə bilən batareyaların smartfonlara geri qayıtması istifadəçilər üçün hansı üstünlükləri və yenilikləri gətirəcək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a danışan texnoloq Elvin Həsənovun sözlərinə görə, dəyişdirilə bilən batareyaların geri qayıtması smartfon istifadəçiləri üçün kifayət qədər ciddi üstünlüklər yarada bilər:

“Burada əsas məsələ əvvəlki telefonlardakı kimi arxa qapağı açıb batareyanı bir neçə saniyəyə çıxarmaq deyil. Avropa İttifaqının tələbi daha çox 18 fevral 2027-ci ildən etibarən portativ batareyaların istifadəçi tərəfindən adi alətlərlə, xüsusi servis avadanlığına və s. ehtiyac olmadan daha rahat dəyişdirilə bilməsidir. Əlbəttə ki, bu dəyişiklik istifadəçi üçün ilk növbədə telefonun ömrünün uzanması deməkdir. Çünki smartfonda ən tez köhnələn hissələrdən biri batareyadır.

Bir neçə ildən sonra cihazın prosessoru, kamerası və ekranı normal işləyə bilər, amma batareya artıq gün ərzində enerji saxlamır. Hazırda belə vəziyyətdə istifadəçi çox vaxt servisə getməli, telefonun açılmasını gözləməli və əlavə xərc çəkməli olur. Yeni yanaşma geniş tətbiq olunsa, sadəcə batareyanı dəyişib eyni telefonu daha bir neçə il istifadə etmək daha asan olacaq.

Məncə, burada ən böyük qazanc odur ki, batareyanın zəifləməsi artıq “telefon köhnəldi, yenisini almaq lazımdır” düşüncəsini müəyyən qədər dəyişəcək. Telefonun özü normal işləyirsə, yalnız bir detalın köhnəlməsinə görə bütöv cihazı dəyişmək həm istifadəçi üçün xərcdir, həm də elektron tullantını artırır. Avropa qaydalarının məqsədlərindən biri də məhz məhsulların vaxtından əvvəl istifadədən çıxmasının qarşısını almaq və batareyaların daha rahat toplanmasını təmin etməkdir”.

Elvin Həsənov başqa bir maraqlı tərəfin ehtiyat batareya məsələsi olduğunu qeyd edib:

“Əgər istehsalçılar konstruksiyanı buna uyğun qursalar, gələcəkdə səfərə gedən və ya gün ərzində telefondan çox intensiv istifadə edən şəxsin əlavə batareya daşıması yenidən mümkün ola bilər. Bu, müəyyən istifadəçilər üçün “powerbank”dan daha rahat seçimə çevrilə bilər. Amma bütün modellərin mütləq əvvəlki telefonlar kimi qapağı açılan formada olacağını gözləmək düzgün olmaz. İstehsalçılar həm nazik dizaynı, həm suya davamlılığı, həm də batareyanın asan dəyişdirilməsini birlikdə təmin edən yeni konstruksiyalar hazırlaya bilərlər. İstifadəçi baxımından bu yanaşmada təhlükəsizlik məsələsi də vacibdir.

Batareya adi aksessuar deyil. Yəni səhv quraşdırıldıqda və ya keyfiyyətsiz batareya istifadə edildikdə qızma, şişmə və hətta yanğın riski yarana bilər. Ona görə də dəyişdirilə bilən sistemlərin geri qayıtması ilə yanaşı, sertifikatlaşdırılmış batareyaların istifadəsi və istehsalçının dəyişdirmə qaydalarına əməl olunması da önəmli olacaq”.

Məsələ ilə bağlı saytımıza danışan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Avropa İttifaqının bu qərarı texnoloji dünyada düzləndirilmiş istehsalat və istifadəçi hüquqları baxımından böyük bir dönüş nöqtəsi olduğunu vurğulayıb:

“Çıxarıla bilən batareyaların smartfonlara geri qayıtması təkcə texniki bir dəyişiklik deyil, həm də istehlak mədəniyyətini dəyişdirəcək bir addımdır. Bu dəyişiklik istifadəçilər üçün bir sıra üstünlüklər və yeniliklər gətirəcək. Hazırda smartfonların əsas “ölüm səbəbi” batareyanın zamanla tutumunun azalmasıdır. Batareya çıxarıla bilən olduqda, istifadəçi bütün telefonu dəyişmək əvəzinə, cəmi bir neçə avroya yeni batareya alaraq cihazın ömrünü 3-4 il daha uzada bilər.

Cihazın yenilənmə dövrünün uzanması istifadəçinin hər 2 ildən bir yeni telefon almaq məcburiyyətini aradan qaldırır və bu, uzunmüddətli iqtisadi qənaət deməkdir. Bununla yanaşı, batareyanın dəyişdirilməsi üçün cihazın açılması, yapışdırılmış hissələrin sökülməsi və riskli proseslər aradan qalxacaq. Bu, təmir xərclərini azaldacaq və təmir prosesini daha sürətli edəcək. İstifadəçi heç bir xüsusi avadanlıq və ya mütəxəssis olmadan, bir neçə saniyə ərzində batareyanı özü dəyişə biləcək. Bu, texnologiyanın “sahibi” olmaq hissini geri qaytarır”.

Mütəxəssis bildirib ki, insanlar batareyası zəiflədiyi üçün bütün telefonu atırlar:

“Çıxarıla bilən batareyalar bu problemin kəskin azalmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək. Batareyanın asan dəyişdirilməsi cihazın ümumi karbon izini azaldacaq. Texnoloji yeniliklər və funksionallıq tərəfdən baxsaq, çıxarıla bilən batareyalar istifadəçiyə “enerji narahatlığı”ndan qurtulmaq imkanı verəcək.

Məsələn, səyahət zamanı telefonun enerjisi bitdikdə, doldurulmasını gözləmək əvəzinə, ehtiyat batareyanı dərhal taxıb istifadəyə davam etmək mümkün olacaq. İstehsalçılar batareyanın qalınlığı və tutumu ilə bağlı yeni dizayn həlləri tapa bilərlər. Bəlkə də gələcəkdə biz fərqli ehtiyaclar üçün məsələn, daha uzun işləyən və ya daha yüngül batareyaları, eyni telefona taxa biləcəyik. Bu keçid smartfonları istifadə et və at məhsulundan istifadə et və saxla məhsuluna çevirəcək. İstifadəçilər üçün bu, daha çox sərbəstlik, daha az xərc və daha uzunömürlü cihazlar deməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Ter-Petrosyanın arvadının mağazalarında AXTARIŞ APARILIR

Ter-Petrosyanın arvadının mağazalarında AXTARIŞ APARILIR

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qiymətlər

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar– Yeni ƏLİFBA

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı – Video

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Azərbaycana ən çox turistin gəldiyi ölkələr – SİYAHI

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Qusar məktəbində BÖYÜK UĞUR - Sinfin bütün məzunları TƏLƏBƏ OLDU – FOTO

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Gələn ildən smartfonlarla bağlı mühüm dəyişiklik olacaq— Açıqlama

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

Fransanın dəhşətli tornado fəlakəti – VİDEO

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

20 gəmi, 100-dən çox qırıcı... – ABŞ donanması İran sahillərində

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bəzi ərazilərində QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO