Tovuzda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədabad kənd avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində Ətlas Əkbərova, Rəna Abdullayeva və daha bir nəfər xəsarət alaraq xəstəxanalardan birinə yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu