ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi hesab etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Ağ Ev rəhbəri Vaşinqtonun Tehranla sövdələşmə istəyib-istəməməsinə şübhə ilə yanaşıb.
"Onlar (İran tərəfi - red.) sövdələşmə bağlamağı çox istəyirlər. Biz heç bunu istəyib-istəmədiyimizi də bilmirik, çünki mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir", - Tramp iddia edib.
Bununla yanaşı, o, ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha vurğulayıb.
"Biz İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik, əks halda, sizi çox xoşagəlməz nəticələr gözləyir. Buna görə də biz müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq", - ABŞ Prezidenti bildirib.
Bundan əvvəl Amerikanın Vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla münaqişədəki məqsədlərindən danışarkən Hörmüz boğazında gəmiçilik azadlığına və Tehranın nüvə silahı əldə etməsinə yol verilməməsinə də diqqət çəkmişdi.
Bizim.Media