ABŞ-lı geofizik Devid Stivenson Yerin dərinliklərini birbaşa araşdırmaq üçün nəzəri cəhətdən mümkün ola biləcək qeyri-adi layihə təklif edib.
Bizim.Media xəbər verir ki, alim kiçik avtomatik zondun ərimiş dəmir vasitəsilə planetin xarici nüvəsinə qədər endirilməsini mümkün hesab edir.
Təklifə əsasən, əvvəlcə güclü partlayışla Yer qabığında çat yaradılmalı, daha sonra həmin çatdan böyük həcmdə ərimiş dəmir buraxılmalıdır. Dəmirin ağırlığı və cazibə qüvvəsi çatın dərinliklərə doğru yayılmasına kömək edə bilər.
Təxminlərə görə, bunun üçün 100 milyon–10 milyard kiloqram ərimiş dəmir tələb oluna bilər. Qreypfrut ölçüsündə nəzərdə tutulan zond isə temperatur və təzyiqin ekstremal olduğu xarici nüvəyə çataraq qısa müddət ərzində məlumat toplamalıdır.
Layihənin qarşısındakı əsas maneələr zondun minlərlə kilometr dərinlikdəki şəraitə tab gətirməsi, məlumatları səthə ötürməsi, həmçinin partlayışın istifadəsi ilə bağlı texniki, hüquqi və siyasi problemlərdir.
Bizim.Media