Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rostov vilayətində yerləşən “Kombinat Kamenski” müəssisəsinə zərbə endirildiyini bildirib.
Bizim.Media xəbər verir ki, məlumatına görə, hücum avqustun 16-na keçən gecə həyata keçirilib. Müəssisənin ərazisində yanğın qeydə alınıb, zərbənin nəticələri dəqiqləşdirilir.
Baş Qərargahın məlumatına görə, müəssisədə “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəş sistemlərinin sursatları, həmçinin raket sistemləri və aviasiya vasitələri üçün bərk raket yanacağı istehsal olunur.

Bizim.Media