Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını beton arakəsməyə çırpılıb.
Nəticədə sürücü A.Əliyev, sərnişinləri - Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958-ci il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media