Guns N’ Roses qrupunun 1987-ci ildə yayımlanan “Sweet Child o’ Mine” mahnısı illər keçməsinə baxmayaraq rok musiqisinin klassiklərindən biri olaraq qalır.
Bizim.Media xəbər verir ki, mahnı qrupun ABŞ-ın Billboard Hot 100 hit-paradına başçılıq edən yeganə sinqlı olub və iki həftə birinci pillədə qalıb.
Məşhur gitara girişi isə təsadüfi məşq zamanı yaranıb. Slash və Stiven Adlerin ifasından ilhamlanan Axl Rose mahnının sözlərini yazıb.
“Sweet Child o’ Mine” müxtəlif nəşrlərin bütün zamanların ən yaxşı rok mahnıları siyahılarına daxil edilib. Rolling Stone-un 2021-ci il reytinqində kompozisiya 88-ci yeri tutub.
Bizim.Media