İsrail ordusu HƏMAS-ın hərbi-dəniz bölməsinin qrup komandiri Usama Naim Həmdi Şamlaxın məhv edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ordunun məlumatına görə, Şamlax HƏMAS-ın dəniz qanadının bərpası və gücləndirilməsi, həmçinin dəniz zonasında hücumların hazırlanması ilə məşğul olub.
Bundan əlavə, Qəzza zolağının şimalında keçirilən ayrı bir əməliyyat zamanı İsrail hərbçilərinə hücum etməyə hazırlaşan və birbaşa təhlükə yaradan təşkilatın üç silahlı döyüşçüsü zərərsizləşdirilib.

Bizim.Media