Rusiya Prezidenti Vladimir Putin məşhur belçikalı avtomobil dizayneri Pyer Leklerkə Rusiya vətəndaşlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.
53 yaşlı Pyer Leklerk “BMW”, “Kia” və “Citroen” də daxil olmaqla, böyük avtomobil istehsalçılarında çalışıb.
Leklerk “BMW”yə 2000-ci ildə qoşulub. Altı il sonra o, alman avtomobil istehsalçısının “BMW M” modellərinin baş dizayneri olub. O, “BMW” X5 və X6-nın eksteryerinin dizayneri kimi tanınır.
Dizayner 2013-cü ildə “BMW”dən ayrılıb və Çin avtomobil istehsalçısı “Great Wall Motors”da dizayn rəhbəri olub. O, həmçinin “Kia”, “Citroen” və Çinin "Great Wall" qrupu (o cümlədən "Haval" və premium "Wey" brendi) üçün nəqliyyat vasitələrinin dizaynı üzərində işləyib.
2017-ci ildə Koreyanın “Kia Motors” şirkətinə qoşulub. Bir il sonra isə Fransanın “Citroen” avtomobil istehsalçısında baş dizayner olub.
Bizim.Media