Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın qlobal münaqişəyə başlamaq niyyətində olduğu barədə iddiaları qəti şəkildə təkzib edib.
Bizim.Media xəbər verir ki, Kreml rəsmisi Rusiyanın yeni dünya müharibəsi başlamaq kimi bir planının olmadığını vurğulayıb.
Bununla yanaşı, Kreml nümayəndəsi mövcud böhranın kəskinləşməsində məsuliyyəti Qərb ölkələrinin üzərinə qoyub.
Peskov qeyd edib ki, Ukraynaya göstərilən genişmiqyaslı hərbi dəstək yalnız vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
Bizim.Media