İsrail regiondakı atəşkəsə, ABŞ ilə İran arasında imzalandığı (Livanın da bura daxil edildiyi) iddia olunan razılaşmaya baxmayaraq, hücumlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Livan Səhiyyə Nazirliyi martın 2-dən bəri davam edən İsrail hücumlarında ölənlərin sayının daha 2 nəfər artaraq 4 303-ə çatdığını açıqlayıb.
Nazirlik martın 2-dən bəri törədilən hücumlar nəticəsində ölənlər və yaralananlarla bağlı son rəqəmləri paylaşıb.
Bu məlumatlara görə, qeyd olunan dövr ərzində İsrail hücumlarında ölənlərin sayı ötən günlə müqayisədə 2 nəfər artaraq 4 303-ə, yaralıların sayı isə 12 202 nəfərə çatıb.
Bizim.Media