Latviyada Fransanın “Kremlyovskiy volşebnik” adlı filmi çəkilib. Film Rusiyanın hazırkı prezidenti Vladimir Putinin hakimiyyətə gəlişindən bəhs edir.
Bizim.Media xəbər verir ki, baş rolu britaniyalı aktyor Cud Lou canlandırır. Filmin ssenarisi Rusiya siyasi elitasının 1990–2000-ci illərdəki fəaliyyətinə həsr olunan siyasi romana əsaslanır.
Ekran işi hələ geniş nümayiş olunmasa da, artıq Avropada müzakirələrə səbəb olub.
Latviyada bəzi tənqidçilər filmin tarixi hadisələri təhrif etdiyini iddia ediblər, digərləri isə Cud Lounun aktyorluğunu yüksək qiymətləndiriblər.
Bizim.Media