"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, Rufo Rusiyadan birdəfəlik çıxarıldıqdan və ölkəyə ömürlük girişinə qadağa qoyulduqdan sonra Dubayda məskunlaşıb.
 

Həmin vaxt onun əsas rəqibi, “qanuni oğru” Namiq Səlifov da Dubayda yaşayırdı. Onların uzun müddət bir-birini aradan götürməyə çalışdığı, BƏƏ-də isə yenidən adam toplamağa və qarşıdurmaya hazırlaşmağa başladıqları bildirilir.


Dubay hüquq-mühafizə orqanları bundan xəbər tutub. Namiq əməliyyatdan əvvəl qaça bilib, Rufo və hər iki tərəfdən təxminən 40 nəfər isə saxlanılıb.

Onların hamısına BƏƏ-ni tərk etmək və bir daha ölkəyə qayıtmamaq tapşırılıb. Bundan sonra Tağıyev Çinə gedib.

Lakin bir müddət sonra onun Çində yaşamaqdan bezdiyi və Monteneqroya köçdüyü bildirilir. Burada o, digər “qanuni oğru”larla üzbəüz görüşmək imkanı əldə edib. Belə görüşlərdən biri təxminən iki ay əvvəl baş tutub.

Məlumata görə, Rufo restorandan çıxarkən ona yaxınlaşan killer iki dəfə atəş açmağa cəhd edib, lakin hər iki dəfə silah açılmayıb. Bundan sonra yerli sakinlər qeyri-adi mənzərənin şahidi olublar: killer qaçıb, Rufo və silahsız mühafizəçiləri isə onun ardınca düşüblər. Tərəflər qaçarkən bir-birini söyüb və yaxın qohumlarının adlarını çəkərək təhqirlər səsləndiriblər.
 

Killer, Tağıyev və onun adamlarından qaça bilsə də, Monteneqro polisi tərəfindən qısa müddət sonra saxlanılıb. Rufo isə yenidən risk etməmək qərarına gəlib və ölkəni tərk edib. İlkin məlumatlara görə, o, yenidən Çinə qayıdıb.


Qeyd olunur ki, uzunmüddətli səfərlər Tağıyevin maliyyə vəziyyətinə də təsir göstərib. Üstəlik, əsas gəlirlərinin gəldiyi Moskvada onun təsirinin zəifləməyə başladığı və bunun qazancını azaltdığı iddia olunur. Buna görə də Rufo özünü yenidən xatırlatmaq üçün səs-küylü addımlar atmağa qərar verib.

Avqustun 7-də Moskvanın Marfino rayonunda “Auchan” mağazasının qarşısında Rufonun adamları onun təsirini “unutmağa” başlayan şəxslərlə və onların yeni himayədarı ilə qarşıdurmaya giriblər. Danışıqlar baş tutmadığı üçün mübahisə əlbəyaxa dava, atışma və avtomobil təqibi ilə nəticələnib.

Hadisədən sonra Rufonun adamlarından yalnız Əlixan Yandiyevin saxlanıldığı bildirilir.

Avqustun 12-də Moskvada yenidən atəş səsləri eşidilib. “Lotto Plaza”da yerləşən “Levantine” restoranının yaxınlığında silahlı şəxslər restoranın şəriki Şaiq Süleymanovun avtomobilinə atəş açıblar.

Məlumata görə, bundan az əvvəl Süleymanov Rufonun nümayəndələri ilə görüşüb. Onlar iş adamından “obşak”a (kriminal aləmin ümumi fonduna) pul ödəməsini tələb ediblər.

Süleymanovun bundan imtina etdiyi, bundan sonra isə avtomobilinə atəş açıldığı iddia edilir.

Qeyd olunur ki, bu atışmalar Rufonun işini asanlaşdırır. Belə ki, bundan sonra Çindən edilən bir telefon zəngi belə biznesmen və tacirlərin “ümumi fond”a pul ödəməyə başlaması üçün kifayət edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

End of content

No more pages to load

RADİO