Dünyada milyardlarla insan hələ də təhlükəsiz içməli su və sanitariya xidmətlərinə çıxış imkanından məhrumdur.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən müzakirələr zamanı deyib.
O bildirib ki, tədbirdə su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunub.
Retno Marsudi vurğulayıb ki, təhlükəsiz suya çıxışın təmin edilməsi dayanıqlı inkişafın əsas istiqamətlərindən biridir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.
Bizim.Media