ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib ki, yaxın vaxtlarda sülh sazişi əldə olunmasa, bu ölkə üçün "çox ağır günlər" başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Fransanın "BFMTV" telekanalına müsahibəsində deyib.
"Onlar razılığa gəlməkdə maraqlıdırlar", — deyə Tramp bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə cümə günü bəyan edib ki, onun hökuməti Tramp administrasiyasından yeni danışıqlara hazır olduqlarını göstərən ismarışlar alıb.
Qeyd edək ki, ABŞ nüvə proqramı ilə bağlı əvvəlki danışıqlar zamanı İrana iki dəfə hücum edib.
Bizim.Media