İsrail Livanın cənubunda yerləşən Sur və Nəbətiyyə bölgələrinə çoxsaylı zərbələr endirib.
Bizim.Media xəbər verir ki, Livanın rəsmi Milli İnformasiya Agentliyinin (NNA) məlumatına görə, hava zərbəsi Mərakədəki Əl-Bəss yolu yaxınlığında yerləşən Həmədiyyə bölgəsinə endirilib.
Havş-Sur bölgəsinə endirilən zərbə nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb, həmçinin yaşayış evlərinə ciddi ziyan dəyib.
Ölənlərin dəqiq sayı hələlik qeyri-müəyyən olaraq qalır.
Bizim.Media