Bu həftə Böyük Britaniyanın səhiyyə naziri vəzifəsindən istefa verən Uez Stritinq elan edib ki, partiyanın yerli seçkilərdə fəlakətli nəticələr əldə etməsindən sonra Kir Starmeri əvəz etmək üçün namizədliyini irəli sürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
"Bizə ən yaxşı namizədlərlə layiqli mübarizə lazımdır və mən namizədliyimi irəli sürəcəyəm", - Stritinq Londonda beyin mərkəzinin tədbirində çıxış edərkən deyib.
Uğur qazanacağı təqdirdə, bu addım Bernemə Leyboristlər Partiyasının lideri postu uğrunda mübarizə aparmağa imkan verəcək.
Hazırda bu mübarizə demək olar ki, qaçılmaz görünür, baxmayaraq ki, parlamentarilər rəsmi olaraq bu prosesə hələ start verməyiblər.
Bizim.Media