Bu gün Kir Starmerin siyasətinə qarşı böyük bir etiraz aksiyası keçirilir.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, yürüş Tommi Robinsonun rəhbərlik etdiyi sağçı və immiqrasiya əleyhinə fəallar tərəfindən təşkil edilib.
Etirazçılar Londonun mərkəzindəki Russel meydanı yaxınlığında toplaşıblar.
İştirakçılar immiqrasiya siyasətinə, hökumətin hərəkətlərinə və Leyborist Partiyasının siyasətinə qarşı nümayişlər keçirirlər.
Aksiyada çox sayda iştirakçının qatılması gözlənildiyi üçün London polisi çoxlu sayda zabit, helikopter, dron və üz tanıma sistemləri cəlb edib.
Bizim.Media