Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN

BBC Travel 2026-cı ildə səyahət üçün ən yaxşı məkanların siyahısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda təbiəti, tarixi, və fərqli atmosferi ilə seçilən məkanlar yer alıb.

Dünyanın müxtəlif ölkələrindən seçilən bu məkanlar həm xüsusi tədbirləri, həm də fərqli səyahət təcrübələri ilə 2026-cı ildə daha çox turist cəlb etməyə hazırlaşır. Siyahı hazırlanarkən təkcə təbiət və turizm yox, həm də həmin ölkələrdə keçiriləcək xüsusi tədbirlər, yubileylər və yeni turizm layihələri nəzərə alınıb.

İlk 10-luqda yer alan məkanlar isə bunlardır:

1) Abu Dabi, BƏƏ


Şəhər son illərdə təkcə dəbdəbəli istirahət mərkəzi kimi yox, həm də mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf edir. Burada yeni muzeylər, sərgilər və beynəlxalq tədbirlər turistlərin marağını artırır. Səhra turları, lüks hotellər və Formula 1 yarışları da şəhəri fərqləndirən əsas məqamlardandır.

2) Əlcəzair


Uzun illər turizmdən kənarda qalan ölkə indi daha çox səyahətçinin diqqətini çəkir. Roma dövründən qalan tarixi abidələr, Aralıq dənizi sahilləri və Sahara səhrası Əlcəzairi fərqli istiqamətə çevirir. BBC ölkəni “kəşf edilməmiş xəzinə” kimi təqdim edib.

3) Kolçaqua vadisi, Çili

Dünyanın ən məşhur şərab bölgələrindən biri hesab olunur. Burada turistlər həm üzüm bağlarını gəzə, həm də dağ və kənd mənzərələri fonunda sakit istirahət edə bilirlər. Son illər bölgədə lüks və ekoloji hotellərin sayı da artır.

4) Kuk adaları

Sakit okeanda yerləşən bu tropik adalar kütləvi turizmdən uzaq qalması ilə seçilir. BBC yazır ki, burada əsas üstünlük təmiz təbiət, sakit həyat və stresssiz istirahətdir. Mavi laqunlar və ağ qumlu çimərliklər turistlərin ən çox maraq göstərdiyi yerlərdir.

5) Kosta Rika

Ekoturizmin ən məşhur ünvanlarından biri sayılır. Ölkə yağış meşələri, vulkanları və nadir heyvan növləri ilə tanınır. Burada turistlər həm macəra turları, həm də təbiətlə iç-içə sakit istirahət seçə bilirlər.

6) Hebrid adaları, Şotlandiya

Şotlandiyanın qərbində yerləşən bu adalar sakitliyi və təbii mənzərələri ilə məşhurdur. BBC xüsusilə burada avtomobildən uzaq, daha yavaş və sakit həyat tərzinin turistləri cəlb etdiyini vurğulayır. Bölgə həm də qədim kəndləri və okean mənzərələri ilə seçilir.

7) İşikava, Yaponiya

Ənənəvi yapon mədəniyyətini qoruyan bölgələrdən biridir. Burada qədim məbədlər, samuray küçələri və məşhur isti su hamamları yerləşir. 2024-cü ildə baş verən zəlzələdən sonra bölgənin yenidən turizmə açılması da diqqət çəkən məqamlardan biri olub.

8) Komodo adaları, İndoneziya


Dünyaca məşhur Komodo əjdahalarının yaşadığı yer kimi tanınır. Son illərdə bölgədə təbiəti qorumaq üçün yeni qaydalar tətbiq olunur. BBC-yə görə, həm nadir canlıları görmək, həm də dalğıc və dəniz turizmi üçün ən maraqlı yerlərdən biridir.

9) Loreto, Meksika
Kaliforniya körfəzinin sahilində yerləşən sakit turizm şəhəridir. Balina müşahidəsi, dəniz turları və təbiət parkları ilə seçilir. Bölgə xüsusilə böyük və səs-küylü kurortlardan uzaq istirahət axtaranlar üçün tövsiyə edilir.

10) Monteneqro

Balkan ölkəsi olan Monteneqro 2026-cı ildə müstəqilliyinin 20 illiyini qeyd edəcək. BBC yazır ki, bu səbəbdən ölkədə müxtəlif festival və tədbirlərin keçirilməsi planlaşdırılır. Kotor körfəzi, Adriatik sahilləri və qədim şəhərləri ilə tanınan Monteneqro son illərdə Avropanın ən sürətlə populyarlaşan turizm istiqamətlərindən birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

End of content

No more pages to load

RADİO