“İsrail, İranın boğazları dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə prezident Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İsrail Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.
Bizim.Media