Xarici vətəndaşlar Belarusdan Polşaya bu tunellərlə qaçırmış - TƏFƏRRÜAT

2025-ci ildə Belarus–Polşa sərhədində xarici vətəndaşların Avropaya qeyri-qanuni keçirilməsi üçün istifadə olunan dörd yeraltı tunel aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph qəzeti Polşanın sərhəd xidməti nümayəndələrinə istinadən məlumat yayıb.

Ən böyük tunellərdən biri dekabrın ortalarında Polşanın şərqində yerləşən Narevka kəndi yaxınlığında tapılıb. Tunelin uzunluğu 60 metr, hündürlüyü isə təxminən 1,5 metr olub. Ümumilikdə 180 nəfər — əsasən Əfqanıstan və Pakistan vətəndaşları — bu tuneldən istifadə edib. Onlardan 130-u sərhədin digər tərəfində saxlanılıb.

Polşa hakimiyyətinin iddiasına görə, Belarus ərazisində yeraltı tunellərin layihələndirilməsinə Yaxın Şərqdən yüksək ixtisaslı şəxslər cəlb olunub. Nəşrin müsahibə aldığı hərbi ekspertlər ehtimal edirlər ki, tikintidə “HƏMAS”, “Hizbullah” və ya “İslam Dövləti” kimi qruplaşmalarla əlaqəli şəxslər iştirak ediblər.

The Telegraph yazır ki, bu taktika Kremlin Avropaya qarşı “hibrid müharibəsinin” yeni mərhələsi kimi qiymətləndirilir. Qeyd olunur ki, Minsk əvvəllər də on minlərlə miqrantı Polşanın şərq sərhədi vasitəsilə Avropaya keçirməyə cəhd edib.

Nəşr xatırladır ki, 2022-ci ildən əvvəl də Belarus-Polşa sərhədindən miqrantların keçidi üçün tranzit məntəqə kimi istifadə olunurdu. Bu səbəbdən Varşava 200 kilometrlik hasar və 300 müşahidə kamerası quraşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO