2026-cı ildə dünyanın taleyini dəyişəcək seçkilər — SİYAHI

2025-ci ili müharibələr və böhranlarla geridə qoyan dünya, 2026-cı ildə seçki məntəqələrinə gedir. Banqladeşdən ABŞ-a qədər uzanan seçki təqvimi qlobal tarazlıqlara birbaşa təsir göstərəcək.
 

2025-ci il müharibələr, zorakılıq hadisələri, korrupsiya iddiaları və dərinləşən qlobal böhranlarla yadda qaldığı halda, 2026-cı ildə beynəlxalq ictimaiyyətin gözü seçki məntəqələrində olacaq. Yeni ildə bir çox ölkə yalnız idarəçiliklərini deyil, həm də siyasi kurslarını və qlobal tarazlıqdakı mövqelərini yenidən müəyyənləşdirəcək.


Bizim.Media xəbər verir ki, xüsusilə xalq üsyanlarının baş verdiyi, avtoritar idarələrin gücünü artırmağa çalışdığı və ya həssas siyasi proseslərdən keçən ölkələrdə keçiriləcək seçkilər fevral ayından etibarən dünya gündəmində ön sıralara çıxacaq.

12 fevral: Banqladeş - Hasinadan sonra ilk imtahanı

Banqladeş baş nazir Şeyx Hasinanın 2024-cü ilin avqustunda devrilməsindən sonra ilk dəfə seçki məntəqəsinə gedəcək.
 

Son 15 ilə damğa vuran Hasinanın ölkədən qaçmasının ardından ordu 84 yaşlı Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu müvəqqəti baş nazir təyin etmişdi.


Edam cəzası alan Hasinanın partiyası seçkidə iştirak edə bilməyəcək, bu müddətdə isə mühafizəkar və milliyyətçi partiyalar arasındakı yarış həlledici olacaq.

12 aprel: Macarıstan - Orban üçün kritik dönəm

Avropadakı sağçı populist idarələrin simvol ölkələrindən olan Macarıstan apreldə kritik bir parlament seçkisinə gedir.
 

2022-ci ildə səslərin 54%-ni qazanan Fidesz Partiyası və Viktor Orban gücünü möhkəmlətmişdi. Lakin Orbandan ayrılaraq Hörmət və Azadlıq Partiyasına keçən Peter Maqyar bu seçkidə güclü rəqib kimi çıxış edir.


Sorğular müxalifətin öndə görünməsini göstərir ki, bu da Orban dövrünün təhlil edilməsinə səbəb olub.

31 may: Kolumbiya - Zorakılığın kölgəsində seçki

Cənubi Amerikada sağa yönəlişin davam edib-etməyəcəyi Kolumbiya seçkiləri ilə sınanacaq.
 

Keçmiş solçu və hərb mənşəli prezident Qustavo Petro yenidən namizəd olmayacaq. Senator Migel Uribe Turbayın sui-qəsdə məruz qalmasından sonra ölkədə təhlükəsizlik böhranı dərinləşib.


Hakimiyyət İvan Çepedanı, müxalifət isə Sergio Fajardonu namizəd göstərib. Sorğular iki namizəd arasındakı yarışın başabaş keçəcəyini göstərir.

7 iyun: Ermənistan - Kimlik və yol axtarışı

Ermənistandakı seçkilərdə daxili siyasətlə yanaşı ölkənin beynəlxalq kimliyi də gündəmdə olacaq. Azərbaycanla davam edən sülh danışıqları, Moskvanın müdaxilələri və müxalifətlə, həmçinin kilsə ilə baş nazir Nikol Paşinyan arasındakı münaqişələr ölkənin gələcəyini ciddi şəkildə sual altına salıb.

13 sentyabr: İsceç - Sağ-sol tarazlığı arasında

Avropadakı sağ dalğa baxımından kritik ölkələrdən biri İsveç olacaq. Mərkəz-sağçı baş nazir Ulf Kristersson rəhbərliyindəki hökumət, dəstə toqquşmaları, miqrasiya və vətəndaşlıq müzakirələri ilə yorularkən, Maqdalena Anderssonun Sosial-Demokratları sorğularda öndədir. Lakin sol blokdakı parçalanmış tablo diqqət çəkir.

4 oktyabr: Braziliya - Luladan sonrakı dövr

Braziliyada yalnız dövlət başçısı deyil, həmçinin Konqres və ştat qubernatorları da seçiləcək.
 

İqtisadi yavaşlama, inflyasiya və cinayət nisbətinin artması seçicilərin əsas gündəmi olacaq, Luiz İnasio Lula da Silva isə dördüncü dövr üçün namizəd olmayacağını açıqlayıb.


Həbs cəzası alan Jair Bolsonaro namizəd ola bilməyəcək, əvəzində onun oğullarının yarışa qatılması gözlənilir.

27 oktyabr: İsrail - Netanyahunun taleyi

Son illərdə siyasi sabitliyin simvoluna çevrilən İsrail yenidən seçki məntəqələrinə gedir.
 

Baş nazir Binyamin Netanyahu müxalifətin dağınıq quruluşu sayəsində vəzifəsini qoruyacaq kimi görünür, lakin müharibə siyasətləri və daxili təzyiqlər beynəlxalq reaksiyaları artırıb.


Ekspertlərə görə, Netanyahunun qarşısında hələ güclü alternativ formalaşmayıb.

3 noyabr: ABŞ - Tramp üçün referndum

ABŞ ara seçkiləri ənənəvi olaraq mövcud prezident üçün referenduma bərabər sayılır.
 

Prezident Donald Tramp Nümayəndələr Palatasında əksəriyyəti qorumaq üçün xüsusilə Texas, Missouri və Şimali Karolina kimi ştatlara fokuslanıb.


İqtisadi durğunluq və süni intellektin işçi qüvvəsinə təsiri müzakirə edilərkən, seçkidən çıxacaq nəticə Vaşinqtondakı siyasi gərginliyi müəyyən edəcək. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

İranda türk mənşəli adların qoyulması qadağan edilir

İranda türk mənşəli adların qoyulması qadağan edilir

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Anar Nəcəfliyə yeni vəzifə verildi

Anar Nəcəfliyə yeni vəzifə verildi

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Dünyanın ən yaşlı insanı 117 yaşında

Dünyanın ən yaşlı insanı 117 yaşında

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

End of content

No more pages to load

RADİO