“Venesueladan sonra növbə bu ölkələrindir” - SENSAİON AÇIQLAMA

ABŞ Prezdenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar.
 

MÖVZU İLƏ BAĞLI: 

Tramp daha iki ölkəyə xəbərdarlıq etdi


Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki Prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.

Bizim.Media xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq xatırladıb ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Vaşinqton Kuba rejimini devirməyəcəyi vədini verdi:
 

"Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial dumurunu ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər".


Elxan Şahinoğlu bildirib ki, ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər:

"1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki Prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalrında kifayət qədər meksikalı narkotacirlər var".

"Son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuela neftinin əsas alıcılarından idi. İkinci Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuelanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular.

Pekində düşünürlər ki, Venesuelaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerika ölkəsinin zənginliklərindən faydalana bilməyəcək.

Halbuki, Tramp son çıxışında ABŞ-ın Venesuela neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb.
 

Çətin Pekin bu vədə inansın. Çünki, Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuela cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseulada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib. Pekin baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuela əməliyyatı ABŞ-yə siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin.


Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuelada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər.

Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuelaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”.

Ancaq məsələ burasındadır ki, Tramp administrasiyasi Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur" - politoloq əlavə edib. ("Yeni Sabah")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

İranda türk mənşəli adların qoyulması qadağan edilir

İranda türk mənşəli adların qoyulması qadağan edilir

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Anar Nəcəfliyə yeni vəzifə verildi

Anar Nəcəfliyə yeni vəzifə verildi

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Dünyanın ən yaşlı insanı 117 yaşında

Dünyanın ən yaşlı insanı 117 yaşında

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

End of content

No more pages to load

RADİO