Dünya xəritəsi yenidən CIZILIR – Böyük güclər arasında nüfuz dairələri BELƏ BÖLÜNƏCƏK

Son günlər dünyanın 3 aparıcı ölkəsi, ABŞ, Çin və Rusiya diplomatik trafik xeyli intensivləşib.

Bunun nəticəsidir ki, Vaşinqton və Pekindən Moskvaya səfərlər də mütəmadi xarakter alıb.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezidentin kürəkəni Cared Kuşnerin 2 dekabr səfəri ilə eyni vaxtda Çinin xarici işlər naziri Van İ də Moskvada olub.

Uitkoffun səfəri əsasən Ukrayna məsələsilə bağlı olsa da, NATO-nun genişlənməsi, Rusiyanın ABŞ və Avropa ilə münasibətləri də müzakirə olunub.

Van İnin səfəri isə rəsmi açıqlamaya görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti əsasında baş tutub. Bu isə o anlama gəlir ki, Van İ ilə görüşdə daha çox təhlükəsizlik mövzuları müzakirə olunub.

Məlumata görə, Şoyqu Çin diplomatı ilə görüşdə bölgədə geosiyasi vəziyyətin daha da ağırlaşdığını bildirib. O, buna görə də Çinin Rusiya ilə birgə hərəkət etməsinin vacibliyini söyləyib. Şoyqu həmçinin Rusiyanın Çinin xarici və təhlükəsizlik siyasətini birmənalı dəstəklədiyini bir daha vurğulayıb.

Mütəxəssislərin fikrincə, dünyanın üç böyük gücünün rəsmilərinin eyni gündə Moskvada olması heç də təsadüf deyil. Tərəflər birbaşa olmasa da, dolayısı ilə eyni məsələni – dünyada nüfuz dairələrinin yenidən bölgüsünü müzakirə ediblər.

Maraqlıdır, ABŞ Çin və Rusiya dünyanı necə bölüşdürəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Uitkoff və Kuşnerin diplomatik xətt üzrə fəallaşdığı, eyni zamanda Çinin xarici işlər naziri Van İnin Moskvada danışıqlar apardığı bir vaxtda “dünyanın üç böyük güc arasında bölüşdürülməsi” fikrinin ortaya çıxması təsadüfi deyil:

 “Klassik “Yalta modeli” tipli dünya bölgüsü bugünkü reallıqlara uyğun gəlmir. Müasir beynəlxalq sistem çoxqütblüdür, güclər bir-birini tam neytrallaşdıra bilmədikləri kimi, təkbaşına regionları da “paylaşa” bilmirlər”.

Ekspertin fikrincə, bugünkü proseslər daha çox təsir zonalarının sərtləşməsi və qarşılıqlı güzəştlər üzərində qurulan mürəkkəb balans oyunudur, açıq bölüşdürmə deyil:

“ABŞ üçün əsas strateji xətt Avroatlantik məkanın qorunması, texnoloji üstünlük və Asiya-Sakit okeanda Çinə qarşı balansın saxlanılmasıdır. Rusiya əsas diqqəti postsovet məkanına, Ukrayna münaqişəsinin nəticələrinə və Avrasiya təhlükəsizlik arxitekturasında özünə yer açmağa yönəldib.

Çin isə açıq hərbi ekspansiyadan daha çox iqtisadi, logistika və maliyyə təsir mexanizmləri ilə hərəkət edir. Mərkəzi Asiya, Afrika və Latın Amerikası Pekinin əsas uzunmüddətli oyun sahələridir. Bu mənzərədə isə ortaq “dünyanı bölək” razılaşmasından çox, bir-birinin qırmızı xətlərini test edən, lokal kompromislərlə toqquşmaları idarə edən paralel strategiyalar görünür”.

Həmsöhbətimiz qeyd edir ki, hipotetik olaraq təsir zonalarının qeyri-rəsmi paylaşılması baş versə belə, bu xəritə sərt sərhədlərlə yox, dəyişkən nüfuz dairələri ilə formalaşacaq:

“Rusiya Şərqi Avropa və Cənubi Qafqazda təsirini maksimum saxlamağa çalışacaq, Çin qlobal ticarət yollarını və xammal bazarlarını nəzarət altına almağa fokuslanacaq, ABŞ isə müttəfiqlik şəbəkəsi, maliyyə sistemi və yüksək texnologiyalar üzərindən qlobal liderliyini qorumaq xəttini davam etdirəcək. Amma “tərəflərə çatacaq yerlər” sabit zonalar olmayacaq, hər biri daimi rəqabət və qarşılıqlı təzyiq altında qalacaq”.

Dünya xəritəsi hər gün yenidən çəkilir.

Politoloqun fikrincə, burada ən vacib məqam böyük güclər istəsə belə, dünyanı masa arxasında rahat şəkildə bölüşdürə bilməyəcəklərilə bağlıdır:

“Regional dövlətlər artıq passiv obyekt deyil, aktiv oyunçudur. Türkiyə, Hindistan, İran, Avropa İttifaqı kimi aktorlar bu üçlüyün hər hansı bir gizli bölgü ssenarisini ciddi şəkildə məhdudlaşdırır. Buna görə də indiki diplomatik intensivlik “qlobal bölüşmə”dən çox, qarşıdurmaların idarə edilməsi, risklərin azaldılması və mövqelərin möhkəmləndirilməsi uğrunda gedən sərt geosiyasi ticarət kimi oxunmalıdır. Dünya artıq bir xəritədə bölünəcək qədər sadə deyil — indi xəritə hər gün yenidən çəkilir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

Polşalı siyasətçi Ukraynanın dövlət mükafatlarını geri qaytardı – Orden qalmaqalı davam edir

Polşalı siyasətçi Ukraynanın dövlət mükafatlarını geri qaytardı – Orden qalmaqalı davam edir

Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

DİQQƏT! Ceyranbatan qəsəbəsində qaz kəsiləcək

DİQQƏT! Ceyranbatan qəsəbəsində qaz kəsiləcək

Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Abşeronda kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Abşeronda kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Xaricdə distant təhsil alanlarla bağlı VACİB XƏBƏR

Xaricdə distant təhsil alanlarla bağlı VACİB XƏBƏR

Lökbatanda sərnişin avtobusu qəzaya düşdü – VİDEO

Lökbatanda sərnişin avtobusu qəzaya düşdü – VİDEO

Ukraynadan Krıma kütləvi HÜCUM – Kerç limanı alovlar içində - VİDEO

Ukraynadan Krıma kütləvi HÜCUM – Kerç limanı alovlar içində - VİDEO

Eldar Mansurovla Aysel Teymurzadə Romada -Fotolar

Eldar Mansurovla Aysel Teymurzadə Romada -Fotolar

Tramp energetika nazirinin sözünü ağzında qoydu: "Bu, heç kimin vecinə deyil" – VİDEO

Tramp energetika nazirinin sözünü ağzında qoydu: "Bu, heç kimin vecinə deyil" – VİDEO

Azərbaycan XİN-dən Lüksemburqa TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Lüksemburqa TƏBRİK - FOTO

Hörmüz boğazından keçid üçün rüsum TƏLƏB OLUNMAYACAQ

Hörmüz boğazından keçid üçün rüsum TƏLƏB OLUNMAYACAQ

Keçmiş icra başçısına yeni vəzifə verildi

Keçmiş icra başçısına yeni vəzifə verildi

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Nabrana gedən çökmüş yol bərpa edildi – VİDEO

Nabrana gedən çökmüş yol bərpa edildi – VİDEO

Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi

Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi

Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO

Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

Dubayda milyarderlər və krallar qapalı şam yeməklərini kimə sifariş edirlər?

Dubayda milyarderlər və krallar qapalı şam yeməklərini kimə sifariş edirlər?

Putin Lukaşenko ilə Zelenskinin bəyanatlarını müzakirə edəcək

Putin Lukaşenko ilə Zelenskinin bəyanatlarını müzakirə edəcək

End of content

No more pages to load

RADİO