Mehriban Əliyevanın Vatikana səfəri xarici mətbuatın DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Müqəddəs Taxt-Tacın və İtaliyanın aparıcı mətbu orqanları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb.

Bizim.Media xəbər verir ki, “Vatican News” portalının, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin, “ACI Stampa” və “Agenzia S.I.R” katolik xəbər agentliklərinin, eləcə də İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetinin yaydığı materiallarda Müqəddəs Taxt-Tacla Azərbaycanın ikitərəfli əlaqələrinin son illərdə xeyli inkişaf etdiyi vurğulanıb.

Yazılarda, həmçinin bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Tərəflər mədəni əməkdaşlığa xüsusi diqqət yetirməklə, mövcud yaxşı ikitərəfli münasibətlərin inkişafından və möhkəmlənməsindən məmnunluq ifadə ediblər, Katolik Kilsəsinin ölkədəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Səmimilik və qarşılıqlı hörmət şəraitində keçən görüş Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında dialoq və əməkdaşlığı davam etdirmək istəyini təsdiqləyir.
 

Məqalələrdə, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışının olduğu xatırladılır. Diqqətə çatdırılır ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub.


2021-ci il martın 4-də Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalandığı bildirilir.

Daha əvvəllər isə Heydər Əliyev Fondunun səyləri nəticəsində Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası layihələri həyata keçirildiyi xatırladılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Daşkənd Prezident İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Sabirabadda avtomobil motosikletlə toqquşdu – Ölən var

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

End of content

No more pages to load

RADİO