Robotlar insanlaşır: "Ameca" və "Nyra" - Təbii hərəkət, insana bənzər reaksiyalar

Dünyanın aparıcı texnologiya və süni intellekt tədbirlərindən biri olan "GITEX Global" hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ziyarətçiləri qəbul edir.

Bizim.Media xəbər verir ki, bu il 45-ci dəfə keçirilən sərgidə 180 ölkədən 6 800-dən çox şirkət iştirak edir. 17 oktyabra qədər davam edəcək tədbirdə şirkətlər süni intellektdən tutmuş kibertəhlükəsizliyə qədər bir çox sahədə hazırladıqları texnologiyaları nümayiş etdirirlər.
 

Sərgidə müxtəlif ölkələrdən şirkətlər özlərinin hazırladıqları insana bənzər robotları təqdim edir. Bu robotların sənaye müəssisələrində, təhsil sahəsində, logistika və şəxsi köməkçi xidmətlərində geniş şəkildə istifadəsi hədəflənir.


Qlobal insana bənzər robot bazarının dəyəri 2023-cü ildə 1,8 milyard dollar təşkil edib. Süni intellekt və batareya texnologiyalarındakı irəliləyiş sayəsində bu rəqəmin 2028-ci ilə qədər 13,8 milyard dollara yüksələcəyi gözlənilir.

"Ameca” və "Nyra” fərqliliyi ilə seçilir.

"GITEX Global"da təqdim olunan insana bənzər robotlar arasında Böyük Britaniya mənşəli "Engineered Arts" şirkətinin "Ameca” adlı modeli xüsusi maraq doğurub. "Ameca” süni intellekti yüksək səviyyədə tətbiq etməklə təbii və axıcı hərəkətləri ilə diqqət çəkir.
 

Şirkət, sərgidə xidmət göstərilən brendə uyğun olaraq fərdiləşdirilmiş və "Nyra” adını daşıyan yeni bir robotu da təqdim edib. "Nyra”nın üz ifadələri və bədən dili daha təbii görünür, bu isə onu digər robotlardan fərqləndirir.


"Engineered Arts" nümayəndələrinin verdiyi məlumata görə, "Nyra” xüsusiyyətləri baxımından digər modellərdən daha İnsana bənzər reaksiya verir. Onun üz mimikaları və cavabları süni intellektin qabaqcıl imkanlarına əsaslanır.
 

Robot verdiyi cavabın məzmununa uyğun şəkildə üz ifadəsini dəyişə bilir və müxtəlif şirkətlər tərəfindən fərqli məqsədlərlə istifadə olunur. Dubaydakı bir muzeydə sərgilənən model, ziyarətçiləri qarşılayaraq onların suallarını cavablandırır.


2004-cü ildən bu yana insana bənzər robotlar üzərində çalışan "Engineered Arts" indiyədək 250-dən çox robot istehsal edib. Şirkətin sosial qarşılıqlı əlaqəyə əsaslanan bu robotları hazırda 30-dan çox ölkədə aktiv istifadə olunur. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

End of content

No more pages to load

RADİO