Müxaliflər Zelenskiyə qarşı BİRLƏŞİR – Timoşenkonun iqtidara qayıdışı yenidən GÜNDƏMDƏ

Ukraynada gedən müharibə fonunda ara-sıra ölkənin keçmiş liderləri də açıqlamalar verərək, proseslə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Son günlər 2007-2010-cu ildə Ukraynanın baş naziri olmuş Yuliya Timoşenko daha çox aktivlik nümayiş etdirir. 

Müxalif “Batkivşina” partiyasının lideri olan Timoşenko bu günlərdə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə başa çatacaq.

"Müharibənin sonunun yaxınlaşdığına dair müəyyən məlumatlardan xəbərim var. Biz hamımız buna ümid edirik və hamımız buna doğru çalışırıq", deyə o bildirib.

Amma Timoşenko bu zaman hansı məlumatı nəzərdə tutduğunu açıqlamayıb.

Bu açıqlama keçmiş xanım baş nazirin geri qayıtmağa çalışdığına işarə sayıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Yuliya Timoşenko heç vaxt siyasətdən kənarlaşmayıb:
 

“O, öz mövcudluğunu və səhnədə olmasını hər zaman diqqətə gətirib. Bütün aktual və ağrılı məsələlərlə bağlı həmişə fikir bildirib. Timoşenko özünəməxsus keçid fiquru qismində prosesə hazır olduğunu bildirir. Müharibədən sonra xanımların siyasi meydanlarda olması adətən özünəməxsus yumşaq güc təcəssümünü əks etdirir”.


Timoşenkoya keçid fiquru rolu verilə bilər.

Ekspert qeyd edir ki, xanım siyasətçi həm Şərq, həm də Qərblə eyni səviyyədə təmas qurmağı bacarır:

“Timoşenko kifayət qədər təcrübəli, bacarıqlı, manevr imkanlarına malik adamdır, əliyalın siyasətçi deyil. Keçid fiquru kimi Timoşenko etimad qazana bilər. Timoşenko çağırışlarını sülhlə əlaqələndirir və bildirir ki, ilk növbədə atəşkəs elan olunmalıdır.

Bu fonda düşünürəm ki, Ukraynada da keçid dövründə antiböhran proqramının işlənməsi üçün beynəlxalq qüvvələrin özünəməxsus formatı formalaşa bilər. Amma bunların hamısının baş verməsi üçün ilk növbədə atəşkəs olmalıdır. Zelenski isə bundan qaçır. Çünki atəşkəs elan olunsa o özü də artıq heç kim olduğunu etiraf etməli olacaq”.

Ukrayna siyasiləri artıq Zelenskidən qurtulmağa çalışırlar.

Politoloqun fikrincə, artıq Ukrayna daxili qüvvələr də Zelenskidən qurtulmağı özləri üçün daha vacib sayırlar.  

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

End of content

No more pages to load

RADİO