Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar...

Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu yataq təkcə qızıl deyil, bütün qiymətli metallar arasında indiyə qədər məlum olan ən böyük yataq ola bilər.

Onların hesablamalarına görə, Hunan əyalətində yerləşən bu nəhəng yataqda 1100 ton qızıl mövcuddur.

Çin mediasının məlumatına görə, geoloqlar 2000 metr dərinlikdə yerləşən Vanqu qızıl yatağının altında 40-dan çox qızıl damarı aşkarlayıblar, bu damarların ehtiyatı təxminən 330 ton qızıl filizi təşkil edir. Lakin aparılan 3D modelləşdirmə göstərib ki, 2900 metr dərinlikdəki laylarda 1100 tona qədər qızıl ola bilər. Əgər bu göstəricilər dəqiqdirsə, yatağın ümumi dəyəri təxminən 83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Araşdırma nəticəsində məlum olub ki, yeni yataqda hər ton filizdə 138 qram qızıl var — bu, qızıl hasilatında çox nadir rast gəlinən yüksək konsentrasiyadır. Hunan əyalətinin Geologiya İdarəsinin filiz kəşfiyyatı üzrə mütəxəssisi Çen Julin bildirib: "Qazılmış süxur nüvələrinin çoxunda görünən qızıl aşkarlanıb".

Əgər 1100 ton göstəricisi təsdiqlənərsə, bu yataq hazırda 1025 ton ehtiyatı olan Cənubi Afrikanın South Deep yatağını da geridə qoyaraq dünyanın ən böyük qızıl yatağı olacaq.

Dünyanın ən iri qızıl mədənləri sırasında İndoneziya, Rusiya, Yeni Qvineya və Çilidəki yataqlar da ilk beşlikdə qərarlaşıb. ABŞ-ın Nevada ştatında yerləşən Carlin Trend və Cortez mədənləri isə müvafiq olaraq altıncı və onuncu yerləri tutur.

Tarixən dünyada ümumilikdə 233 min ton qızıl hasil edilib və bu metalın hamısı bu gün də mövcuddur. Onun 2/3-si 1950-ci ildən sonra çıxarılıb.

Hazırda dünyanın ən böyük qızıl istehsalçısı olan Çin qlobal hasilatın təxminən 10 faizini təmin edir. Ölkə ildə hasil etdiyi miqdardan təxminən üç dəfə çox qızıl istehlak edir və buna görə də bu qiymətli metaldan ən çox idxal edən ölkə hesab olunur. Yeni kəşf dünya qızıl bazarlarında ciddi təlatüm yaradıb və qızılın qiymətinin artmasına səbəb olub.

Çin Geologiya Bürosunun rəis müavini Liu Yunzyunun sözlərinə görə, kəşf edilmiş əsas yatağın ətrafında aparılan qazma işləri zamanı əlavə qızıl filizi layları da müəyyən edilib. (qaynarinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

End of content

No more pages to load

RADİO