Rusiya təhdidi köhnə qitəni TƏŞVİŞƏ SALDI – Avropa ölkələri vahid ordu YARADIR

Artıq Avropada Rusiyanın NATO-ya hücum edəcəyilə bağlı narahatlıqlar geniş yayılmağa başlayıb. Bu kimi fikirlər son zamanlar hətta avropalı rəsmilər tərəfindən belə daha tez-tez səslənir.

Almaniya kəşfiyyatından müharibə xəbərdarlığı

Belə ki, Avropa Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andryus Kubilyus Rusiyanın Qərbə qarşı mümkün hərbi planları barədə açıq xəbərdarlıq edib. O qeyd edib ki, Almaniya kəşfiyyatının məlumatlarına görə, Kremldə NATO-ya hücum ssenariləri müzakirə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Avropanı III Dünya Müharibəsi XAOSU BÜRÜDÜ – Yeni savaşın “Pearl Harbor”u bu ölkə OLACAQ


Kubilyus xüsusi xidmət orqanlarına inandığını deyib:

“Almaniya kəşfiyyatı iddia edir ki, Kreml NATO-ya qarşı hücum ehtimallarını ciddi şəkildə müzakirə edir. Əgər onlar bu barədə danışırlarsa, deməli, planlaşdırırlar. Biz də bu siqnallara laqeyd yanaşa bilmərik, çünki Rusiya həqiqətən müharibəyə hazırlaşır.”

O, Avropanın da eyni dərəcədə hazır olmalı olduğunu vurğulayıb:

“Biz təkcə ukraynalılardan deyil, həm də ruslardan öyrənməliyik. Onlar itkilərə baxmayaraq, müharibə şəraitinə adaptasiya ola biliblər və silah istehsalını artırıblar. Bu, Avropa üçün ciddi siqnaldır.”

Avropa hansı hazırlıqları görür?

Qeyd edək ki, oxşar xəbərdarlıqlar daha əvvəl də Almaniya kəşfiyyat orqanları tərəfindən səsləndirilib. Belə ki, bu ilin iyununda Almaniya Federal Kəşfiyyat Xidməti (BND) rəhbəri Bruno Kahl da Rusiyanın NATO ərazilərinə mümkün hərbi hücum planları barədə ciddi xəbərdarlıq edib. Kahl bildirib ki, Ukraynadakı müharibə Moskvanın Qərbə doğru genişlənmək istəyinin yalnız bir mərhələsidir və Rusiyanın hədəfi daha böyükdır.
 

Paralel olaraq Avropa vahid ordu komandanlığı yaratmağa çalışır. Bu istiqamətdə cəhdlər əvvəllər də olub. Xüsusən də Fransa Aİ ölkələrində vahid Avropa ordusunun yaradılması vacibliyini dəfələrlə vurğulayıb. Amma bununla belə bu məsələdə Avropa daxilində hələlik tam yekdillik yoxdur. Əsasən də Avstriya buna qarşıdır.


Hər halda son dövrlər cərəyan edən proseslərin gedişi göstərir ki, Ukrayna müharibəsinin daha geniş maştabda genişlənə biləcəyi də istisna edilməməlidir.

Böyük müharibə başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politooq Abutalıb Səmədov bildirir ki, yaxın illərdə Rusiyanın NATO-nun hər hansı bir  ölkəsinə hücumu qeyri-mümkündür:

“Çünki Rusiyanın başı hələlik Ukrayna müharibəsinə qarışıb və prosesin gedişi isə bu müharibənin ən azı gələn ilin əvvəli, ortalarına qədər davam edəcəyini göstərir.

Rusiya ciddi yaralar alıb, onun iqtisadiyyatı çökmək ərəfəsindədir. Ölkənin insan resursları da tükənir. Onun uzun müddət bu cür davam etməsi mümkünsüzdür. Rusiya həmçinin, dünyada böyük nüfuz itkisinə uğrayıb.
 

Belə bir şəraitdə, Rusiyanın Ukrayna müharibəsindən çıxıb başqa bir ölkəyə hücum etməsi mümkünsüzdür. Kreml də bunları anlayır. Ona görə də hesab etmirəm ki, yaxın zamanlarda Rusiya ilə NATO arasında müharibə olsun”.


“Rusiya təhlükəsi Avropa ordusunun tez bir zamanda formalaşmasına hesablanıb”.

Ekspertə görə, sadəcə olaraq müəyyən qüvvələr Avropa ordusunun mümkün qədər tez formalaşması üçün bu cür məlumatları gündəmə gətirirlər:

“Bu da bəzi Avropa ölkələrinin hələ də Rusiya təhlükəsini sonadək dərk etməməsilə əlaqədardır. Onlar arasında öndə İspaniya gedir. Nümayişkəranə şəkildə hərbi xərcləri ümumdaxili məhsulun 5 faizi səviyyəsinə qaldırmaq istəməyən Madrid açıq şəkildə Rusiya təhlükəsini görmədiyini bəyan edir. Tramp da ona görə İspaniyanın NATO-dan çıxarılmasını təklif edir”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

End of content

No more pages to load

RADİO