Lavrov Fələstin dövləti yaradılmadan sülhün mümkünsüzlüyündən danışdı - VİDEO

“Yaxın Şərq münaqişəsinin uzunmüddətli həlli Fələstin dövlətinin yaradılmadan mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb jurnalistlərlə görüşdə bildirib.

“Tramp öz planını irəli sürüb, biz isə onu dəfələrlə bu gün danışıqlar masasında olan ən yaxşı variant kimi qiymətləndirmişik. Təbii ki, bu, Fələstin problemini tam həll etmir”, – deyə o bildirib.

Lavrov əlavə edib ki, Donald Trampın sülh planında söhbət təkcə Qəzza zolağından gedir: 

“Düzdür, orada Fələstin dövlətinin yaradılması haqda da danışılır. Ancaq bu yanaşmanı dəqiqləşdirmək lazımdır. Qeyd edilməlidir ki, İordan çayının qərb sahillərinin taleyi necə olmalıdır.  Çünki 1967-ci ildə təsbit edilən sərhədlərə əsasən vahid Fələstin dövləti yaradılmalıdır”, - deyə Lavrov qeyd edib.

1967-ci il xəritəsinə əsasən hansı ərazilər Fələstinə verilməlidir?

Məlumat üçün bildirək ki, 1967-ci ildə İsrail və Ərəb dövlətləri arasında 6 günlük müharibə baş verib. Qısa müddət ərzində müharibədə qalib gələn İsrail Sinay yarımadası, İordan çayının qərb sahili və Şərqi Qüdsü, o cümlədən Qolan təpələri və Qəzza zolağını işğal edib. 

Müharibədən sonra Fələstin məsələsi daha da mürəkkəbləşib. Çünki Qərb Sahili və Qəzzada fələstinlilər yaşasa da, bu ərazilər İsrailin işğalı altına düşüb. 

Həmin ilin noyabrında  BMT Təhlükəsizlik Şurası 242 saylı qətnaməni qəbul edib. Həmin qətnamədə “işğal edilmiş ərazilərdən İsrail qüvvələrinin çıxarılması və bütün tərəflərin sülh içində yaşaması” tələb olunur.
 

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS, ABŞ tərəfindən irəli sürülmüş sülh planının ilk fazasını qəbul etdiklərini bəyan ediblər. Bu gün isə dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçiriləcək. 


Sammitdən əvvəl İsrailə səfərə gələn ABŞ Prezidenti Donald Tramp isə Qəzza zolağında münaqişənin başa çatdığını açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

End of content

No more pages to load

RADİO