Avropa İttifaqı bu gündən yeni giriş-çıxış sisteminə start verib

Bu gündən etibarən Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanıb.

Bizim.Media Aİ-nin Miqrasiya və Daxili İşlər İdarəsinə istinadla bildirir ki, bu sistem vasitəsilə həmin şəxslər 29 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq.

EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək.
 

Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 29 Avropa ölkəsində altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları Aİ-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək.


Yeni sistem ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin (over-stayers) avtomatik aşkarlanmasına imkan verəcək.

Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək.

Aİ-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır.

Bununla yanaşı, sistem Aİ-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

End of content

No more pages to load

RADİO