“Şeydaye Həmədani” ləqəbli iranlı müxalif şair və rəssam Qasım Bəhrami ölkəni tərk etmək istəyərkən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İran mətbuatı yayıb.
Mənbə qeyd edir ki, o, yanvarın 16-da axşam saatlarında xarici xidmətlərlə əlaqəli qrupun köməyi ilə ölkəni tərk etməyə cəhd edərkən həbs edilib.
Şairi dindarların, müqəddəslərin hisslərini təhqir etməkdə ittiham edirlər. İddialara görə, Bəhrami bunu Avropa ölkələrində şöhrət qazanmaq və sığınacaq almaq üçün edir.
Qasım Bəhrami bu ilin sentyabrında İran İslam Respublikasının ali dini lideri Əli Xamneyinin fotosunu yandırdığına görə həbs edilib və ötən il noyabrın sonunda zaminə buraxılıb.
Bizim.Media