Türkiyənin İraqdakı Mosul yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü RT İraq mətbuatına istinadən məlumat yayıb. Bu, son iki gündə ikinci hücumdur.
Mənbənin sözlərinə görə, Zilikan bazasına raket hücumu həyata keçirilib və Türkiyə artilleriyası “cavab atəşi ilə reaksiya verib”.
Dekabrda da Bağdadın şərqində hökumət və xarici işlər nazirliklərinin yerləşdiyi “yaşıl zona”da raket hücumu qeydə alınıb.
Bizim.Media