ABŞ Dövlət katibi Entoni Blinkenlə NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, tərəflər NATO-Rusiya Şurasının iclasından sonra atılacaq qarşılıqlı addımlar müzakirə ediblər
Dövlət Departamentindən bildirilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır:
“Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb. Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”. (Axar.az)
Bizim.Media