Almatıda iğtişaşlardan sonra 2402 nəfər saxlanılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2402 nəfəri saxlayıb.
Şəhər komendatlığının informasiya mərkəzi sözügedən şəxslərdən ümumilikdə 79 odlu silah və 3 976 döyüş sursatı götürüldüyünü açıqlayıb.
Bizim.Media