ABŞ dövlət katibi Entoni Blinken bazar günü CNN telekanalına müsahibəsində bildirib ki, Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamı bərpa etmək istəyir.
Bizim.Media xəbər verir ki, Blinken jurnalistin sualını cavablandırıb.
"Düşünürəm ki, prezident Putinin məqsədlərindən biri əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etməkdir. Bu, qəbuledilməzdir”. TASS siyasətçinin dediklərindən sitat gətirib.
Bizim.Media