KTMT qoşunlarının Qazaxıstana yeridilməsi: hansı nəticələrə səbəb ola bilər?

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin çağırışı ilə Rusiya desantlarının KTMT kontingenti adı altında Qazaxıstana yeridilməsi hakimiyyətə nəzarəti ələ almağa kömək edəcək.

Lakin xarici qoşunların Qazaxıstana yeridilməsi qazaxlıların böyük əksəriyyəti tərəfindən dəstəklənmir və Tokayevin ölkədəki reputasiyasına silinməz ləkə olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Vaşinqton redaksiyasının məqaləsində deyilir.

Müəllif Bruce Pannier xatırladır ki, Qazaxıstanda bu günlərdə 1986-cı ildə Almatıda sovet qoşunları tərəfindən etirazların qanlı yatırılmasının 35-ci ildönümünü qeyd ediblər.

Rəsmi mənbələr onlarla qurbanların olduğunu bildirsə də, bu hadisələr zamanı yüzlərlə insanın öldüyü güman edilir.

Tokayevin KTMT qoşunlarının ölkəyə gətirilməsi çağırışını ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri Uilyam Kortni belə şərh edib:

“Qazaxıstan xalqı başa düşür ki, bu, ölkəyə xaricdən terror dəstələrinin hücumu deyil, hakimiyyətə qarşı üsyandır.  Rusiyanın hərbi müdaxiləsi Qazaxıstan xalqı tərəfindən pis qarşılanacaq, çünki onlar öz ölkələrinin suverenliyini və müstəqilliyini yüksək qiymətləndirirlər. Beləliklə, hərbi müdaxilə iki dövlət arasında 30 il ərzində formalaşmış dostluq münasibətlərinə xələl gətirəcək”.

Vaşinqtondakı Rusiya və Avrasiya Araşdırmaları Davis Mərkəzinin eksperti Nargis Kassenova deyib ki, Tokayevin KTMT-yə müraciəti “dəhşətli qərardır və onun legitimliyini qoruyub saxlamaq imkanlarını məhv edir”. 

Mühacirətdə olan, özünü etirazların lideri elan edən sabiq qazax bankir və sabiq nazir Muxtar Ablyazov “Azadlıq” radiosunun Qırğızıstan xidmətinə müsahibəsində Tokayevin KTMT-yə rəsmi müraciət etdiyini deyib, lakin hər kəsə aydındır ki, bu qərarı Nazarbayev verib. 

“Bu müraciət təcili edildi, çünki Almatıda OMON və hərbçilər xalqın tərəfinə keçməyə başladılar. Və əslində Nazarbayev vəziyyətin idarəolunmaz olduğunu anladı. Onun təhlükəsizlik qüvvələri birdən rejimə arxa çevirdilər. Belə bir vəziyyətdə onlar təcili olaraq Putinə müraciət etmək qərarına gəliblər. Başqasına yox, Putinə. Çünki KTMT adlı qurum Putinin qoşunlarından ibarətdir, qalan hər şey uydurmadır. Ölkələr bir araya gəlib qərarlar qəbul edirlər? Xeyr, Putin hər şeyi həll edir”, - Ablyazov deyir.

Keçmiş nazir qeyd edir ki, Tokayevi yaxından tanıyan şəxs kimi o, qəti əmindir ki, prezidentin özünün heç bir iradəsi ola bilməz, o, sadəcə Nazarbayevin dediyini edir.

“Ancaq Putinin qoşunlarının Qazaxıstana yeridilməsindən sonra çıxılmaz vəziyyət yarandı. İndi isə həlledici səs, yekun qərarları verən şəxs Putinin özüdür. Əgər əvvəllər Nazarbayev köhnə münasibətindən istifadə edib Rusiya prezidenti ilə razılığa gələ bilirdisə, indi Putinin maraqları elədir ki, o, istənilən vaxt bu müqavilələrə xitam verə bilər. Odur ki, indi Rusiya qoşunları ölkədədir və Qazaxıstan ordusunun imkanları etimad yaratmır, Tokayev Putinin dediyini edəcək. Putin çox nəzakətli və incə danışacaq. Nazarbayev və onun xalqı isə susmalıdır”, - deyə müxalifətçi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

Bakıda maşının altına uzanan piyada saxlanıldı– VİDEO

Dünya çempionatı: Azərbaycan idmançısı FİNALDA

Dünya çempionatı: Azərbaycan idmançısı FİNALDA

Nanə efirə qayıdır

Nanə efirə qayıdır

Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Qəbul imtahanında 17 nəfər maksimal bal TOPLADI

Qəbul imtahanında 17 nəfər maksimal bal TOPLADI

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Moskvada güclü dolu avtomobillərin şüşələrini sındırdı – FOTO/VİDEO

Moskvada güclü dolu avtomobillərin şüşələrini sındırdı – FOTO/VİDEO

Bakıda beşmərtəbəli binanın üzərinə aşan iri ağac budağı kəsilərək götürüldü – VİDEO

Bakıda beşmərtəbəli binanın üzərinə aşan iri ağac budağı kəsilərək götürüldü – VİDEO

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti - FOTO

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti - FOTO

Futbol qaydalarında inqilabi yeniliklər: UEFA 5 və 10 saniyəlik limitləri dəstəklədi

Futbol qaydalarında inqilabi yeniliklər: UEFA 5 və 10 saniyəlik limitləri dəstəklədi

Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Duqin: “Moskvanın mərkəzində gəzən şəhər sakinləri də cəbhəyə göndərilməlidir”

Ağır cinayət törədən yeniyetmələr - Təhlükə haradan başlayır?

Ağır cinayət törədən yeniyetmələr - Təhlükə haradan başlayır?

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

Polşadan Putinin Ukraynanın bölünməsi ilə bağlı sözlərinə REAKSİYA

Polşadan Putinin Ukraynanın bölünməsi ilə bağlı sözlərinə REAKSİYA

Hərbi süni intellekt yeni silahlanma yarışına çevrilir: Milyardları kim qazanır?

Hərbi süni intellekt yeni silahlanma yarışına çevrilir: Milyardları kim qazanır?

Aİ: Rusiya Rumıniyaya atdığı drona görə cavab verməldir

Aİ: Rusiya Rumıniyaya atdığı drona görə cavab verməldir

Makron Türkiyəyə təşəkkür etdi – FOTO -VİDEO

Makron Türkiyəyə təşəkkür etdi – FOTO -VİDEO

Sarayda su borusu partladı - Küçə keçilməz oldu - VİDEO

Sarayda su borusu partladı - Küçə keçilməz oldu - VİDEO

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlandı – RƏSMİ

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlandı – RƏSMİ

Tramp Putinin müharibə ilə bağlı vədlərinin doğrulmamasından məyus olub

Tramp Putinin müharibə ilə bağlı vədlərinin doğrulmamasından məyus olub

Qvadelupadan Parisə sərt cavab: "Dekolonizasiya Fransanın daxili işi deyil"

Qvadelupadan Parisə sərt cavab: "Dekolonizasiya Fransanın daxili işi deyil"

End of content

No more pages to load

RADİO