Qazaxıstanda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin 16 əməkdaşı dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Bundan əvvəl DİN 18 təhlükəsizlik əməkdaşının öldürüldüyü barədə məlumat vermişdi.
"Yenilənmiş məlumat 16-dır". Mənbə belə deyib.
“Bundan əlavə, iğtişaşlar zamanı 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Qazaxıstanın Müdafiə Nazirliyinin hərbçiləri, həmçinin xüsusi təyinatlılar yaralanıb”, deyə daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev dövlət telekanalının efirində qeyd edib.
Bizim.Media